Venesuelada zəlzələ zamanı həlak olanların sayı 6 125 nəfərə qədər artıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib.
Onun məlumatına görə, dağıntılar altından 6462 nəfər xilas edilib. Ümumilikdə 60 mindən çox insan kömək üçün həkimlərə müraciət edib.
Xatırladaq ki, zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb, episentrləri Yarakuy ştatında yerləşib. Əsas zəlzələdən sonra 1500-ə yaxın afterşok qeydə alınıb.
Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.
Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.
Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.
Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.