Ceki Çan Bakıya niyə gəlib?

Ceki Çan Bakıya niyə gəlib?
04 Avq 2026 10:47

Dünyada ən çox sevilən aktyorlardan biri, bir çoxlarının uşaqlıq əfsanəsi Ceki Çanın Bakıya gəlib.

Milli.Az-ın məlumatına görə, məşhur aktyor "Tanrının zirehi" film seriyasının 4-cü ekran işinin çəkilişləri üçün Azərbaycana gəlib. Filmin çəkilişlərinin bir hissəsi Qazaxıstanda aparılıb, hazırda isə Bakıda 10 gün ərzində davam etdirilməsi planlaşdırılır.

Filmin istehsalını Qazaxıstanın "Salem Entertainment" şirkəti həyata keçirir. Ekran işinin bəzi səhnələrinin Azərbaycanda çəkilməsi də məhz Qazaxıstan tərəfindən tövsiyə edilib. Ceki Çanın Azərbaycana səfərinin Qazaxıstan səfirliyinin dəstəyi ilə reallaşdığı bildirilir.

Aktyor Bakıda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanı kimi turistik yerlərdə çəkiliş edəcək. 


10 Avq 2026
Dünya

7.4 maqnitudalı zəlzələ Kolumbiyanı silkələdi - VİDEO

Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.

10 Avq 2026
Dünya

Bolqarıstanda silah zavodunda partlayış olub

Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.

10 Avq 2026
Dünya

Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.

10 Avq 2026
Dünya

Filippində təbii fəlakət 12 nəfərin həyatına son qoydu - VİDEO

Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.

10 Avq 2026
Dünya

Valyuta məzənnələri onlayn

Bu gün üçün ən yaxşı valyuta məzənnələri. Azərbaycanın banklarında onlayn rejimdə sərfəli valyuta məzənnələri.