Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində eniş qeydə alınıb.
Milli.Az xəbər verir ki, CIF bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 5,14 ABŞ dolları və ya 5,05% azalaraq 96,73 ABŞ dollarına düşüb.
Bundan əvvəl Azərbaycan neftinin bir bareli 101,87 ABŞ dollarına satılırdı.
Qeyd edək ki, 2026-cı il üçün Azərbaycanın dövlət büdcəsində "Azeri Light" markalı neftin orta ixrac qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində götürülüb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq mal satılıb.
Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.