Müdafiə naziri hərbi attaşelərlə görüşüb - FOTO

Müdafiə naziri hərbi attaşelərlə görüşüb - FOTO
04 Avq 2026 09:02

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri ilə görüşüb.

Oxu.Az xəbər verir ki, müdafiə nazirinə cari il ərzində ölkəmizin digər ölkələrlə hərbi əməkdaşlığı üzrə mövcud vəziyyət, hərbi attaşelik aparatlarının fəaliyyəti və xarici ölkələrdə yeni təsis olunmuş attaşelik aparatları barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı sülhün təmin olunması istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin və ölkəmizdə ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatların təbliğinin vacibliyi vurğulanıb.

General-polkovnik Z.Həsənov hərbi attaşelik aparatları tərəfindən xarici dövlətlərdə ölkəmizin milli maraqlarının qorunması və hərbi sahədə qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə görülən işləri müsbət qiymətləndirib.

Müdafiə naziri hərbi attaşelərlə görüşüb - FOTO


10 Avq 2026
Siyasət

Pakistan Azərbaycan səfirinin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

10 Avq 2026
Siyasət

Prezident Ukrayna ilə imzalanmış sazişi təsdiqlədi

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

10 Avq 2026
Siyasət

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub.

10 Avq 2026
Siyasət

Ceki Çan Azərbaycanla bağlı danışdı - FOTO

Macəra janrında çəkilən "Tanrının yaraqları: Ultimatum" filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti mərhələsinə başlayıb.

10 Avq 2026
Siyasət

Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi

Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.