İyulda temperatur iqlim normasından yüksək olub

İyulda temperatur iqlim normasından yüksək olub
03 Avq 2026 17:22

2026-cı ilin iyul ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0–6 dərəcə), 2 gün normadan aşağı, 2 gün isə norma daxilində olub. Orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 1 dərəcə yuxarıdır.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında iyul ayında maksimal temperatur iyulun 26-da 40 dərəcə isti (Sumqayıt), bölgələrdə isə həmin gün 41 dərəcə isti (Ordubad) qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında iyulun 3 və 9-da 20 dərəcə isti (Maştağa və Sumqayıt), yüksək dağlıq ərazilərdə isə iyulun 2-də 4 dərəcə isti (Şahdağ) olub.

“İyul ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb, dolu düşüb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 324 faizi olmaqla Balakən-Şəki zonasına (Balakən – 250 mm), aylıq normanın 236 faizi olmaqla Mərkəzi Aran zonasına (Mingəçevir – 47 mm), aylıq normanın 144 faizi olmaqla Lənkəran-Astara zonasına (Lənkəran – 20 mm) və aylıq normanın 125 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı – 3 mm) düşüb.”

G.Abbasova bildirib ki, iyul ayı ərzində Laçın rayonunun Şəlvə, Qovuşuq və Vəlibəyli kəndlərində, Şuşa şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində dolu müşahidə olunub. Ən iri dolu Kəlbəcər rayonunun İstisu qəsəbəsində qeydə alınıb və diametri 8–12 mm təşkil edib.

“İyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti iyulun 27-də Bakı və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 23 m/s-ə çatıb.”


10 Avq 2026
Cəmiyyət

Azərbaycanda zəlzələ olub

Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub.

10 Avq 2026
Cəmiyyət

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq mal satılıb.

10 Avq 2026
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.

10 Avq 2026
Cəmiyyət

Sabah Bakıda yağış yağacaq - 11.08.2026

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

10 Avq 2026
Cəmiyyət

FHN: Ötən həftə 925 yanğına çıxış olub, 43 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.