Magistraturaya qəbul olunanların nəzərinə: Qeydiyyat yalnız “mygov” üzərindən aparılacaq

Magistraturaya qəbul olunanların nəzərinə: Qeydiyyat yalnız “mygov” üzərindən aparılacaq
03 Avq 2026 15:29

Magistratura pilləsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Xidmət sayəsində qəbul olunan bakalavrlar qeydiyyat prosesini rəqəmsal formada, bir neçə addımda tamamlaya biləcəklər. Qeydiyyat 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək davam edəcək.

Magistraturaya qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Qeydiyyat zamanı bakalavrlar şəxsi və qəbul məlumatlarını təsdiqləyir, tələb olunan məlumatları daxil edərək müraciətlərini göndərirlər.

Bakalavrlar müraciətlərinin statusunu “mygov” platformasındakı şəxsi kabinetləri vasitəsilə real vaxt rejimində izləyə bilərlər. Müraciət “Ödəniş gözlənilir” statusunda olduqda təhsil haqqını “Onlayn ödə” funksiyası ilə ödəmək və ya “Qəbzi yüklə” seçimi vasitəsilə ödənişi təsdiq edən sənədi sistemə əlavə etmək mümkündür.

Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur və bakalavr magistr tələbəsi kimi rəsmiləşdirilir. Qeydiyyatın təsdiqlənməsi barədə vətəndaşa “mygov” platforması üzərindən bildiriş göndərilir.


10 Avq 2026
Cəmiyyət

Azərbaycanda zəlzələ olub

Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub.

10 Avq 2026
Cəmiyyət

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq mal satılıb.

10 Avq 2026
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.

10 Avq 2026
Cəmiyyət

Sabah Bakıda yağış yağacaq - 11.08.2026

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

10 Avq 2026
Cəmiyyət

FHN: Ötən həftə 925 yanğına çıxış olub, 43 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.