İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında yüngülçəkili idmançıların mübarizəsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını iki idmançı təmsil edib.
Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıb.
Xatırladaq ki, Ziya Məmmədzadə və Nurlan Paşayev 12-14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar.
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
4-6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 31-ci ölkə çempionatı yekunlaşıb.
Azərbaycanın paracüdo üzrə kişilərdən ibarət millisi Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışını başa vurub.