Ceyhun Bayramov Putinin köməkçisi ilə görüşdü

Ceyhun Bayramov Putinin köməkçisi ilə görüşdü
24 İyul 2026 11:28

İyulun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevi qəbul edib.

Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, Azərbaycan ilə Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq, COP məsələləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular müzakirə olunub.

Nazir Ceyhun Bayramov COP-29 Sədrliyi çərçivəsində Azərbaycanın qazandığı təcrübə və əldə etdiyi nəticələr, ölkəmizin COP-31-in Sədrliyini həyata keçirəcək Avstraliya və ev sahibi Türkiyə ilə sıx əməkdaşlığı barədə məlumat verib.

Görüşdə Xəzər dənizi üzrə ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. Bu çərçivədə Xəzər dənizi ilə bağlı yaradılmış ikitərəfli İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Xəzər dənizinin su ehtiyatlarının və unikal ekosisteminin qorunmasının vacibliyi qeyd edilərək, bu istiqamətdə, o cümlədən kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


10 Avq 2026
Siyasət

Pakistan Azərbaycan səfirinin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

10 Avq 2026
Siyasət

Prezident Ukrayna ilə imzalanmış sazişi təsdiqlədi

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

10 Avq 2026
Siyasət

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub.

10 Avq 2026
Siyasət

Ceki Çan Azərbaycanla bağlı danışdı - FOTO

Macəra janrında çəkilən "Tanrının yaraqları: Ultimatum" filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti mərhələsinə başlayıb.

10 Avq 2026
Siyasət

Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi

Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.