Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində tarixi uğur qazanıb.
Oxu.Az xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində təşkil olunan yarışın qoşa növündə türkiyəli tərəfdaşı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur Quluzadə yarımfinala yüksələrək bürünc medal qazanıb.
Bu nəticə ilə Onur Quluzadə müstəqillik dövründə Avropa birinciliyində medal qazanan ilk azərbaycanlı stolüstü tennisçi kimi tarixə düşüb.
Qeyd edək ki, Onur Quluzadə - Görkəm Öcal dueti yarımfinal görüşündə Avstriya-İspaniya tandemini təmsil edən Luis Fegerl və Ladimir Mayorova 2:3 hesabı ilə məğlub olaraq turniri bürünc medalla başa vurub.
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
4-6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 31-ci ölkə çempionatı yekunlaşıb.
Azərbaycanın paracüdo üzrə kişilərdən ibarət millisi Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışını başa vurub.