Almaniya kansleri Fridrix Merts "X" sosial şəbəkəsində ölkəsinin hərbçilərinin Fransanın təşkil etdiyi nüvə çəkindirmə təlimlərində iştirak edəcəyini təsdiqləyib.
"Bu ilin sonunadək Fransa Silahlı Qüvvələrinin nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcəyik", - deyə siyasətçi yazıb.
Merts həmçinin Almaniya ilə Fransa arasında müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdiriləcəyini bildirib. Onun sözlərinə görə, Berlin və Paris bununla Avropada "çəkindirmə potensialını gücləndirmək" istiqamətində addımlar atırlar.
Qeyd edək ki, iyulun 11-də Fransa Prezidenti Emmanuel Makron Parisin tərəfdaşlarla birgə təlimlərin keçirilməsini və Fransa strateji qüvvələrinin bəzi elementlərinin digər Avropa ölkələrinin ərazisində yerləşdirilməsini nəzərdə tutan "qabaqcıl çəkindirmə" (advanced deterrence) konsepsiyasına keçməyi planlaşdırdığını açıqlamışdı.
Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.
Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.
Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.
Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.