Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni lideri seçilib.
“Sky News” telekanalının məlumatına görə, bu barədə hakim partiyanın xüsusi konfransında Leyboristlər Partiyasının Milli İcraiyyə Komitəsinin sədri Şabana Mahmud elan edib.
Leyboristlər hazırda hakimiyyətdə olduqları üçün 56 yaşlı siyasətçi avtomatik olaraq baş nazir vəzifəsini də tutacaq. O, bu postu daha əvvəl tərk etmək qərarına gələn Kir Starmeri əvəz edəcək. Dauninq-stritdə hakimiyyətin təhvil verilməsi iyulun 20-nə planlaşdırılıb.
Leyboristlər Partiyasının lideri postuna namizədlərin irəli sürülməsi iyulun 15-də başa çatmışdı. Lakin Böyük Mançesterin sabiq meri Endi Bernemdən başqa heç kim namizədliyini irəli sürməmişdi.
Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.
Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.
Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.
Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.