Slovakiya Prezidenti Azərbaycanın turizm potensialına heyran qalıb

Slovakiya Prezidenti Azərbaycanın turizm potensialına heyran qalıb
17 İyul 2026 12:09

"Slovakiya və Azərbaycanın ikitərəfli əməkdaşlığının mühüm praktiki nəticəsi bu ilin oktyabrında "Wizz Air" aviaşirkəti tərəfindən Bakı - Bratislava birbaşa aviareysinin işə salınması olacaq".

Oxu.Az xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada, "AnewZ" telekanalı üçün tanınmış jurnalist Mixail Qusmana verdiyi eksklüziv müsahibəsində deyib.

Slovakiya liderinin sözlərinə görə, bu qərar hələ ötən il İlham Əliyevin Slovakiyaya səfəri zamanı elan edilmişdi.

Pelleqrini hər iki ölkənin turizm potensialı barədə böyük həvəslə danışıb. O, Azərbaycanı "gözəl mətbəxi, qonaqpərvərliyi və təbiəti - dənizdən dağlara qədər" olan bir ölkə kimi xarakterizə edib.

Öz növbəsində o, azərbaycanlıları Slovakiyaya dəvət edərək, xüsusilə ürək, dayaq-hərəkət aparatı və mədə-bağırsaq traktı xəstəliklərinə kömək edən müalicəvi kurortları qeyd edib.

"Slovakiya hər kvadrat kilometrə düşən qəsrlərin sayına görə dünya lideridir. Bütün Avropa ölkələri arasında ən çox qəsr bizdədir", - deyə prezident qeyd edib.

Pelleqrini, həmçinin iki ölkə arasında tələbə mübadiləsinin genişləndirilməsinə çağırıb:

"Ən yaxşısı odur ki, siz prezident kimi bir ölkəyə gəlirsiniz və "mən 20 il əvvəl sizin ölkənizdə oxumuşam" deyən insanlarla qarşılaşırsınız. Dərhal bir əlaqə yaranır".


10 Avq 2026
Siyasət

Pakistan Azərbaycan səfirinin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

10 Avq 2026
Siyasət

Prezident Ukrayna ilə imzalanmış sazişi təsdiqlədi

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

10 Avq 2026
Siyasət

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub.

10 Avq 2026
Siyasət

Ceki Çan Azərbaycanla bağlı danışdı - FOTO

Macəra janrında çəkilən "Tanrının yaraqları: Ultimatum" filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti mərhələsinə başlayıb.

10 Avq 2026
Siyasət

Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi

Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.