Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ABŞ-nin Prezidenti Donald Trampa təşəkkür edib.
Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı Donald Trampa onun Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün minnətdarlığını bildirib.
Xatırladaq ki, IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Donald Trampı "Sülh adamı" adlandırıb.
Azərbaycan Prezidenti paylaşımında, həmçinin tarixi Vaşinqton Sammitinin birinci ildönümünün yaxınlaşdığını vurğulayıb.
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub.