Azərbaycanın gənclərdən ibarət sərbəst güləş millisi iki rekordu yeniləyib

Azərbaycanın gənclərdən ibarət sərbəst güləş millisi iki rekordu yeniləyib
13 İyul 2026 10:02

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında tarixi uğura imza atıb.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, yığmamız 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb və 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra ikinci yeri tutub.

Ermənistan (118) isə üçüncü pillədə qərarlaşıb.

Millimiz bu nəticə ilə iki rekordu yeniləyib. Belə ki, gənclərdən ibarət komandamız medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) qızıl, Camal Abbasovla (61 kq) Nurlan Ağazadə (74 kq) gümüş, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medal qazanıb.


10 Avq 2026
İdman

Azərbaycanın iki cüdoçusu Avropa Kubokunun qalibi oldu - FOTO

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

7 Avq 2026
İdman

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı uğurla başa çatdı

4-6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 31-ci ölkə çempionatı yekunlaşıb.

6 Avq 2026
İdman

Azərbaycanın paracüdo millisi Göygöldəki təlim-məşq toplanışını başa vurub

Azərbaycanın paracüdo üzrə kişilərdən ibarət millisi Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışını başa vurub.

4 Avq 2026
İdman

İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilib.

4 Avq 2026
İdman

Bakıda bədii gimnastika üzrə 31-ci ölkə çempionatı keçirilir (FOTO)

4–6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 31-ci ölkə çempionatı keçirilir.