Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında istirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında istirak edəcəklər
09 İyul 2026 12:18

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında istirak edəcəklər.

Bu barədə "Report"a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

Milli komandanın üzvləri bu məqsədlə Portuqaliyaya yola düşublər.

Qondomar şəhərində təşkil olunacaq yarışda kişilərdən ibarət komandanın baş məşqçisi Mixail Timofeyev, gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Tunar Bağırov, Onur Quluzadə, Ruslan Kərimov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Şəbnəm Mansurova, Xədicə Babazadə və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iyulun 10-dan 19-dək keçiriləcək çempionatın oyunlarını idarə edəcək.


10 Avq 2026
İdman

Azərbaycanın iki cüdoçusu Avropa Kubokunun qalibi oldu - FOTO

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

7 Avq 2026
İdman

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı uğurla başa çatdı

4-6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 31-ci ölkə çempionatı yekunlaşıb.

6 Avq 2026
İdman

Azərbaycanın paracüdo millisi Göygöldəki təlim-məşq toplanışını başa vurub

Azərbaycanın paracüdo üzrə kişilərdən ibarət millisi Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışını başa vurub.

4 Avq 2026
İdman

İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilib.

4 Avq 2026
İdman

Bakıda bədii gimnastika üzrə 31-ci ölkə çempionatı keçirilir (FOTO)

4–6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 31-ci ölkə çempionatı keçirilir.