Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 14 milyard 779,5 milyon manat olub.
"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.
Bu il iyulun 1-nə qədər ölkədə 114 501 ədəd NKA quraşdırılıb.
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - məlumatda qeyd olunub.
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində rəqamsal həlləri tətbiq edəcək.
Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.
"Agentliyin fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir".
Müstəqillik dövründə əldə edilən təcrübəyə əsaslanaraq əhalinin siyahıyaalınmasının müfəssəl keçirilməsi üçün zəruri təşkilati məsələlərin həlli və aidiyyəti resursların cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.