Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 3 811 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bolivar Respublikasının Milli Assambleyasının sədri Xorxe Rodriges "Venezolana de Televisión" telekanalının efirində deyib.
O qeyd edib ki, yeraltı təkanlar zamanı 16 740 nəfər yaralanıb, 17 907 sakin isə evsiz qalıb. Təbii fəlakət nəticəsində 190 bina tamamilə dağılıb, 856 tikiliyə isə ciddi ziyan dəyib. Axtarış-xilasetmə tədbirləri zamanı 6 462 nəfər xilas edilib, 27 398 pasiyent xəstəxana və tibb müəssisələrində müalicə alıb. Zərərçəkmiş 86 794 ailəyə lazımi köməklik göstərilib, onlara 9 603 ton ərzaq məhsulu paylanılıb.
Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Zəlzələnin episentrləri Yarakuy ştatında bir-birindən 10 km aralıda yerləşib. Fəlakətdən sonrakı günlər ərzində 1 mindən çox afterşok müşahidə edilib.
Almaniya kansleri Fridrix Merts "X" sosial şəbəkəsində ölkəsinin hərbçilərinin Fransanın təşkil etdiyi nüvə çəkindirmə təlimlərində iştirak edəcəyini təsdiqləyib.
Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni lideri seçilib.
İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.