Azərbaycan güləşçiləri U-20 Avropa çempionatında 5 medal qazanıblar

Azərbaycan güləşçiləri U-20 Avropa çempionatında 5 medal qazanıblar
09 İyul 2026 09:03

Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında daha 2 medal qazanıblar.

Oxu.Az xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə milli komandamızın daha iki üzvü fəxri kürsüyə yüksəlib.

Ayxan Cavadov (60 kq) rumıniyalı Draqos Draqaya 6:1, Elmin Əliyev (82 kq) isə macarıstanlı Sabolç Sinaya 8:0 hesabı ilə qalib gələrək bürünc medal əldə ediblər.

Digər güləşçimiz Roman Kərimov (67 kq) təsəlliverici görüşlərdə litvalı Eymantas Andriuskanı 9:0, moldovalı Maksim Damaşini isə 10:0 hesabı ilə məğlub edib. Bürünc medal uğrunda həlledici qarşılaşmada isə o, rusiyalı Amir Sovmizə 2:6 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, bir gün öncə Emin Cavadlı (55 kq) qızıl, Cavidan Nehmətov (77 kq) və Orxan Hacıyev (87 kq) isə gümüş medal qazanmışdılar.


17 İyul 2026
İdman

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 17.07.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

17 İyul 2026
İdman

Azərbaycan güləşçiləri Budapeştdə fəxri kürsüdə: Ali Tsokayev reytinq turnirinin qalibi oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.

14 İyul 2026
İdman

Azərbaycan güləşçiləri Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.

13 İyul 2026
İdman

Azərbaycanın gənclərdən ibarət sərbəst güləş millisi iki rekordu yeniləyib

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında tarixi uğura imza atıb.

13 İyul 2026
İdman

Gənc cüdoçumuz Avropa Ümid Kubokunda gümüş medal qazanıb

Türkiyənin İzmit șəhərində keçirilən cüdo üzrə Avropa Ümid Kubokunda 66 kiloqram çəki dərəcəsində təmsilçimiz Fərhad Quliyev gümüş medal qazanıb.