Bakı metropolitenində iş rejimi dəyişdiriləcək

Bakı metropolitenində iş rejimi dəyişdiriləcək
08 İyul 2026 17:07

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun iyulun 9-da T.Bəhramov adına Respublika stadionunda "Vestri" (İslandiya) ilə keçirəcəyi ev oyununa görə AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oyun ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası "Bakı Metropoliteni" QSC-nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq.

Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.


17 İyul 2026
Cəmiyyət

Qəbul imtahanının cavabları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

17 İyul 2026
Cəmiyyət

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində rəqamsal həlləri tətbiq edəcək.

17 İyul 2026
Cəmiyyət

HHQ-nin aviasiya bölmələrində təlim-məşq uçuşları icra olunub (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.

17 İyul 2026
Cəmiyyət

İşğaldan azad edilən ərazilərdə nə qədər mina tapılıb? - FOTO

"Agentliyin fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir".

17 İyul 2026
Cəmiyyət

Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb

Müstəqillik dövründə əldə edilən təcrübəyə əsaslanaraq əhalinin siyahıyaalınmasının müfəssəl keçirilməsi üçün zəruri təşkilati məsələlərin həlli və aidiyyəti resursların cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.