Azərbaycan və İordaniya arasında viza rejimi LƏĞV EDİLİR

Azərbaycan və İordaniya arasında viza rejimi LƏĞV EDİLİR
08 İyul 2026 16:17

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir.

Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə görüşü çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" imzalanıb.

Tərəflər sənədin vətəndaşların sərbəst hərəkətinə, turizm, iqtisadi, humanitar və işgüzar əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyini bildiriblər.


17 İyul 2026
Siyasət

Azərbaycan və Çin QR kod əsaslı ödəniş həllərinin inkişafını müzakirə ediblər

Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı müzakirə edilib (FOTO)

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır - Lavrov

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır.

17 İyul 2026
Siyasət

Moskva və Bakı münasibətlərdə yaranmış fasilənin aradan qaldırılması istiqamətində addımlar atacaq - Lavrov

Moskva və Bakı münasibətlərdə yaranmış fasilənin aradan qaldırılması istiqamətində birgə çalışacaq.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya arasında Məsləhətləşmələr Planı imzalanıb

Azərbaycan və Rusiyanın Xarici İşlər nazirlikləri arasında Məsləhətləşmələr Planı imzalanıb.