Zəngilan rayonunun Ağalı kəndində 33 illik fasilədən sonra ilk dəfə taxıl biçini aparılıb. Doğma torpaqlara qayıdan sakinlər burada yenidən əkin-biçinlə məşğul olaraq həyatı yenidən canlandırırlar.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədovun verdiyi məlumata görə, 2025-2026-cı il mövsümündə rayonda payızlıq əkinlər üçün 5 964 hektar taxıl sahəsi ayrılıb. Böyük şirkətlərlə yanaşı, yaradılmış kənd təsərrüfatı kooperativləri də əkin prosesində fəal iştirak edir. Kənd sakinlərinə torpaq sahələri ayrılıb və onlar öz təsərrüfatlarını idarə edirlər. Hazırda biçin işləri "Zəfər" kooperativinin payızlıq sahələrində davam etdirilir.
Sahələrdə müxtəlif suvarma üsullarından istifadə olunur:
- Pivotal (yeni suvarma) sistemləri: Burada məhsuldarlıq hər hektara 35-40 sentner civarındadır.
- Dəmyə (suvarılmayan) əkin sahələri: Bu sahələrdə məhsuldarlıq hər hektara 17-18 sentner təşkil edir.
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində rəqamsal həlləri tətbiq edəcək.
Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.
"Agentliyin fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir".
Müstəqillik dövründə əldə edilən təcrübəyə əsaslanaraq əhalinin siyahıyaalınmasının müfəssəl keçirilməsi üçün zəruri təşkilati məsələlərin həlli və aidiyyəti resursların cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.