Bakıda mühüm diplomatik görüş: Nazir və senator regional əməkdaşlığı dəyərləndirdilər

Bakıda mühüm diplomatik görüş: Nazir və senator regional əməkdaşlığı dəyərləndirdilər
08 İyul 2026 09:14

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynslə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi və iqtisadi əməkdaşlıq gündəliyi, enerji təhlükəsizliyi, regional bağlantı layihələri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında yüksəksəviyyəli təmasların və siyasi dialoqun inkişaf etdirilməsinin qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahələrində etibarlı tərəfdaş kimi artan rolundan bəhs olunub, Orta Dəhliz, Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Regional bağlantı və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı nazir Ceyhun Bayramov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dinamik inkişaf etdiyini, bu çərçivədə C6 əməkdaşlıq formatının yeni imkanlarını qeyd edib. Xəzər dənizi vasitəsilə Şərq-Qərb bağlantılarının möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı, eləcə də Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ətrafında yaradılan logistika və sənaye infrastrukturu sayəsində Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və ticarət qovşaqlarından birinə çevrildiyi vurğulanıb.

Tərəflər postmünaqişə dövründə Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyini nəzərdən keçiriblər.

Görüş zamanı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, habelə bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılmasının regional əməkdaşlıq və iqtisadi inteqrasiya üçün yaratdığı imkanlar barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

 


17 İyul 2026
Cəmiyyət

Qəbul imtahanının cavabları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

17 İyul 2026
Cəmiyyət

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində rəqamsal həlləri tətbiq edəcək.

17 İyul 2026
Cəmiyyət

HHQ-nin aviasiya bölmələrində təlim-məşq uçuşları icra olunub (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.

17 İyul 2026
Cəmiyyət

İşğaldan azad edilən ərazilərdə nə qədər mina tapılıb? - FOTO

"Agentliyin fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir".

17 İyul 2026
Cəmiyyət

Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb

Müstəqillik dövründə əldə edilən təcrübəyə əsaslanaraq əhalinin siyahıyaalınmasının müfəssəl keçirilməsi üçün zəruri təşkilati məsələlərin həlli və aidiyyəti resursların cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.