Şuşa və Xocavəndə həyat qayıdır: Daha 54 ailə dədə-baba yurduna köçür - VİDEO

Şuşa və Xocavəndə həyat qayıdır: Daha 54 ailə dədə-baba yurduna köçür - VİDEO
08 İyul 2026 09:01

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Oxu.Az xəbər verir ki, Xocavənd və Şuşaya növbəti köç karvanları yola salınır.

Bu mərhələdə Xocavənd rayonunun Güneyxırman kəndinə 18 ailə - 72 nəfər, Quzeyxırman kəndinə 21 ailə - 87 nəfər, Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə - 51 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


17 İyul 2026
Cəmiyyət

Qəbul imtahanının cavabları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

17 İyul 2026
Cəmiyyət

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində rəqamsal həlləri tətbiq edəcək.

17 İyul 2026
Cəmiyyət

HHQ-nin aviasiya bölmələrində təlim-məşq uçuşları icra olunub (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.

17 İyul 2026
Cəmiyyət

İşğaldan azad edilən ərazilərdə nə qədər mina tapılıb? - FOTO

"Agentliyin fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir".

17 İyul 2026
Cəmiyyət

Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb

Müstəqillik dövründə əldə edilən təcrübəyə əsaslanaraq əhalinin siyahıyaalınmasının müfəssəl keçirilməsi üçün zəruri təşkilati məsələlərin həlli və aidiyyəti resursların cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.