"Ələkbər əmi"nin doğum günüdür - VİDEO

"Ələkbər əmi"nin doğum günüdür - VİDEO
07 İyul 2026 10:23

Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı, uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuş mərhum Əməkdar artist, uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınmış aktyor Ələkbər Hüseynovun doğum günüdür.

Oxu.Az xəbər verir ki, o, 7 iyul 1961-ci ildə Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - red.) Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

 

 

Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" əsərində "Qurban", H.X.Andersenin "Bülbül" nağılında "Nağılçı" və "Çin imperatoru", N.Bədəlovun "Qara rəngin nağılı"nda "Aydın", R.Əlizadənin "Tıq-tıq xanım"ında "dirijor", "Qoca" və "Müğənni", A.Ostrovskinin "Qar qız"ında "Lel", R.Əlizadənin "Keçəlin toyu"nda "Keçəl" rollarını oynayıb.

Ə.Hüseynovun səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində də tamaşaya hazırlayıb. Aktyor "Keçəlin toyu" tamaşasındakı "Keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.

2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

2007-ci ildə Polşanın "Təbəssüm Ordeni" mükafatına layiq görülüb.

Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Hepatit C xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, o, teleaparıcı Şərqiyyə Hüseynovanın xalası oğludur.


17 İyul 2026
Cəmiyyət

Qəbul imtahanının cavabları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

17 İyul 2026
Cəmiyyət

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində rəqamsal həlləri tətbiq edəcək.

17 İyul 2026
Cəmiyyət

HHQ-nin aviasiya bölmələrində təlim-məşq uçuşları icra olunub (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.

17 İyul 2026
Cəmiyyət

İşğaldan azad edilən ərazilərdə nə qədər mina tapılıb? - FOTO

"Agentliyin fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir".

17 İyul 2026
Cəmiyyət

Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb

Müstəqillik dövründə əldə edilən təcrübəyə əsaslanaraq əhalinin siyahıyaalınmasının müfəssəl keçirilməsi üçün zəruri təşkilati məsələlərin həlli və aidiyyəti resursların cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.