Çinin Xubey əyalətində baş vermiş güclü tufan və qasırğa nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayıb. Bildirilib ki, itkin düşən bir nəfərin axtarışları davam edir. Məlumata görə daha 331 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunub ki, kəskin hava şəraiti əyalətin 14 mindən artıq sakininə ziyan vurub. Fəlakət nəticəsində 22 yaşayış evi tamamilə uçub, 4 800 tikiliyə isə ciddi zərər dəyib.
Bundan əlavə ölkə rəhbərliyi daşqın təhlükəsi ilə əlaqədar Quansi-Çjuan muxtar bölgəsinin Xencjou şəhərindən təxminən 54 min sakini təhlükəsiz ərazilərə köçürüb. "Sinxua" agentliyinin məlumatlarına əsasən, Xencjouda ən azı dörd nəfər həlak olub, daha səkkiz sakin isə itkin düşmüş hesab olunur. Təbii fəlakət zonasında ümumilikdə 85 minə yaxın insanın olduğu bildirilir.
Almaniya kansleri Fridrix Merts "X" sosial şəbəkəsində ölkəsinin hərbçilərinin Fransanın təşkil etdiyi nüvə çəkindirmə təlimlərində iştirak edəcəyini təsdiqləyib.
Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni lideri seçilib.
İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.