Fransada meşə yanğınları ilə əlaqədar iki nəfər saxlanılıb

Fransada meşə yanğınları ilə əlaqədar iki nəfər saxlanılıb
07 İyul 2026 10:13

Fransada baş vermiş son meşə yanğınları ilə bağlı qəsdən yanğın törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Oxu.Az BFMTV telekanalına istinadən xəbər verir ki, Ero departamentində 20 yaşlı bir gənc od qalayarkən saxlanılıb.

Həmin şəxs hadisə yerində içərisində yanacaq olan kanistrlə tutulub. O, qısa müddət ərzində baş vermiş daha doqquz yanğının törədilməsində şübhəli bilinir. Rona departamentində isə təbiət ərazilərində baş verən və təxminən 70 nəfərin təxliyəsinə səbəb olan bir sıra yanğınlardan sonra 29 yaşlı bir kişi saxlanılıb.

Son günlər Fransada, əsasən ölkənin cənubunda çoxsaylı meşə yanğınları ilə mübarizə aparılır. Fransanın Baş naziri Sebastyan Lekornyu bildirib ki, bu mövsüm artıq 14 500 hektar ərazi yanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.


17 İyul 2026
Dünya

Almanya və Fransa hərbçiləri “nüvə” təlimlərində iştirak edəcək

Almaniya kansleri Fridrix Merts "X" sosial şəbəkəsində ölkəsinin hərbçilərinin Fransanın təşkil etdiyi nüvə çəkindirmə təlimlərində iştirak edəcəyini təsdiqləyib.

17 İyul 2026
Dünya

Endi Bernem Britaniyanın yeni baş naziri olacaq

Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni lideri seçilib.

17 İyul 2026
Dünya

İspaniyanın Araqon muxtar icmasında meşə yanğını 12 min hektar sahəni əhatə edib

İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.

17 İyul 2026
Dünya

Venesuelada zəlzələ qurbanlarının sayı 5000-ə çatıb

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5 000 nəfərə çatıb.

17 İyul 2026
Dünya

Azərbaycanda qızılın qıramı neçəyədir?

Qlobal bazarlarda qızılın qiymətində dəyişikliklər fonunda yerli bazarda fərqli əyarlı metalların qiyməti müəyyənləşib.