Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu vurdu

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu vurdu
07 İyul 2026 10:10

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində yerləşən Omsk neft emalı zavoduna (NEZ) zərbə endirildiyini bəyan edib.

Oxu.Az bildirir ki, bu barədə hərbi qurumun "Facebook" səhifəsində məlumat paylaşılıb.

"Ərazidə partlayış, ardınca isə yanğın qeydə alınıb. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir. İlkin məlumata görə, illik gücü 8.4 milyon ton olan ELOU-AVT-11 ilkin neft emalı qurğusu vurulub", - deyə Baş Qərargahdan bildirilib.

Omsk vilayətinin qubernatoru Vitali Xotsenko da zavoda hücum faktını təsdiqləyib. Qubernator qeyd edib ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Omsk NEZ-ə zərbə endirib. İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.


17 İyul 2026
Dünya

Almanya və Fransa hərbçiləri “nüvə” təlimlərində iştirak edəcək

Almaniya kansleri Fridrix Merts "X" sosial şəbəkəsində ölkəsinin hərbçilərinin Fransanın təşkil etdiyi nüvə çəkindirmə təlimlərində iştirak edəcəyini təsdiqləyib.

17 İyul 2026
Dünya

Endi Bernem Britaniyanın yeni baş naziri olacaq

Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni lideri seçilib.

17 İyul 2026
Dünya

İspaniyanın Araqon muxtar icmasında meşə yanğını 12 min hektar sahəni əhatə edib

İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.

17 İyul 2026
Dünya

Venesuelada zəlzələ qurbanlarının sayı 5000-ə çatıb

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5 000 nəfərə çatıb.

17 İyul 2026
Dünya

Azərbaycanda qızılın qıramı neçəyədir?

Qlobal bazarlarda qızılın qiymətində dəyişikliklər fonunda yerli bazarda fərqli əyarlı metalların qiyməti müəyyənləşib.