Azərbaycan güləşçiləri Avropa çempionatında finala yüksəliblər

Azərbaycan güləşçiləri Avropa çempionatında finala yüksəliblər
07 İyul 2026 09:26

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

Oxu.Az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində finalçılar müəyyənləşib.

Milli komandamız çempionatın ilk gününü uğurla başa vurub. Emin Cavadlı (55 kq) Skopye arenasında rəqiblərinə heç bir şans tanımayıb. O, türkiyəli Denizhan Ogün (5:1), almaniyalı Lenni Vörner (16:5) və yunanıstanlı Vasileyos Papageorqiu (9:0) üzərində qələbə qazanaraq finala yüksəlib. Emin həlledici görüşdə ermənistanlı Edqar Petrosyanla üz-üzə gələcək.

Tural Əhmədov (63 kq) 1/8 finalda gürcüstanlı Giorgi Tçikaidzeyə (0:9) məğlub olub.

Cavidan Nehmətov (77 kq) finlandiyalı Luka Kayanne (2:0), rusiyalı Nazar Berkovski (8:0) və türkiyəli Alkan Akara (3:1) üzərində qələbə qazanaraq finala vəsiqə qazanıb. Təmsilçimiz finalda ermənistanlı Samvel Terteryanla qarşılaşacaq.

Orxan Hacıyev (87 kq) turnirə inamla start verib. O, əvvəlcə almaniyalı Anton Buxholtsu (9:0), daha sonra ukraynalı Vladislav Solodçuku (11:9), yarımfinalda isə israilli İtjak Nemsadzeyə (9:0) qalib gələrək finala adlayıb. Orxan çempionluq uğrunda rusiyalı Mixail Şkarinlə mübarizə aparacaq.

Mübarizəyə 1/4 finaldan qoşulan Museyi-Kazım Hüseyn (130 kq) ermənistanlı Lyova Şuxyanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Təmsilçimiz finala gedən yolda ukraynalı İvan Yankovskiyə uduzsa da, sabah bürünc medal uğrunda türkiyəli Üzeyir Bostanla qarşılaşacaq.


17 İyul 2026
İdman

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 17.07.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

17 İyul 2026
İdman

Azərbaycan güləşçiləri Budapeştdə fəxri kürsüdə: Ali Tsokayev reytinq turnirinin qalibi oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.

14 İyul 2026
İdman

Azərbaycan güləşçiləri Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.

13 İyul 2026
İdman

Azərbaycanın gənclərdən ibarət sərbəst güləş millisi iki rekordu yeniləyib

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında tarixi uğura imza atıb.

13 İyul 2026
İdman

Gənc cüdoçumuz Avropa Ümid Kubokunda gümüş medal qazanıb

Türkiyənin İzmit șəhərində keçirilən cüdo üzrə Avropa Ümid Kubokunda 66 kiloqram çəki dərəcəsində təmsilçimiz Fərhad Quliyev gümüş medal qazanıb.