Şuşada keçirilən beynəlxalq konfransda birgə bəyannamə qəbul edilib

Şuşada keçirilən beynəlxalq konfransda birgə bəyannamə qəbul edilib
06 İyul 2026 16:30

Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri və müasir çağırışlar” adlı beynəlxalq konfransın iştirakçıları Birgə Bəyannamə qəbul ediblər.

Bəyannamədə aşağıdakılar qeyd olunur:

Biz - “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri və müasir çağırışlar” adlı beynəlxalq konfransın iştirakçıları olan müxtəlif ölkələrdən vətəndaş cəmiyyəti təmsilçiləri, tədqiqatçılar Şuşa müzakirələrinin nəticələrinə uyğun olaraq, aşağıdakıları bəyan edirik:

1. Mədəni və etnik müxtəliflik, tolerantlıq, multikulturalizm hər bir dövlət üçün milli sərvət olmalıdır. Heç bir xalq etnik və dini mənsubiyyətinə görə alçaldılmamalı, ayrı-seçkiliyə məruz qoyulmamalı, təqib edilməməlidir. İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə beynəlxalq öhdəliklər, UNESCO-nun mədəni müxtəlifliyin qorunmasına dair prinsipləri öz tarixi torpaqlarından qovulmuş, kütləvi qırğınlara, soyqırımılarına, sürgünlərə məruz qalmış, tarixi-mədəni irsini, dilini itirmək təhlükəsi ilə üzləşmiş xalqların fundamental hüquqlarının qorunması üçün işlək alətlərə çevrilməlidir. Müstəmləkəçiliyin müasir formalarının, xalqlara faciə, köləlik və iztirab gətirən addımların qarşısı alınmalıdır. Xalqların etnik və dini mənsubiyyəti cinayət hesab edilməməli, kollektiv cəzalandırmaya səbəb olmamalıdır;

2.Xalqların milli ləyaqəti və heysiyyəti nəzərə alınmalı, humanizm prinsipləri rəhbər tutulmalı, qarşıdurmaları, toqquşmaları dialoq, əməkdaşlıq, etimad mühiti əvəz etməlidir;

3. Rusiyada etnik azlıqların - çərkəzlərin, ləzgilərin, avarların, tatarların, kumıkların, çeçenlərin, saxaların, buryatların və digər qeyri-rus xalqların zorla, təqiblərlə, şantaj və həbsxana yolu ilə Ukrayna cəbhəsinə göndərilməsi dayandırılmalıdır. Rusiya tarixdən ibrət dərsi götürməli, çərkəzlərə və digər xalqlara qarşı soyqırımıları etiraf etməli, onların qanlarını tökənləri qəhrəmanlaşdırmamalıdır, tarixi mövzularda arxiv materialları əlçatan olmalıdır. Rusiyada şovinizm, ksenofobiya ritorikası, “skinhed” dəstələrinin, onların yeni adlar altında, yeni obrazlarda üzə çıxan müxtəlif təzahür formalarının öz mülahizələri əsasında qeyri-ruslara qarşı hücum və təqibləri dayandırılmalıdır;

4. Etnik və mədəni müxtəlifliyin qorunmasında, dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası harmoniya və dialoqun təşviqində Azərbaycanın nümunəvi modeli təqdir olunmalıdır. Azərbaycanın tarixi Şuşa Zəfəri müstəmləkə xalqlarının ən çox ehtiyac duyduğu tarixi ədalətin bərpasının rəmzi kimi nümunə olmalıdır.


17 İyul 2026
Siyasət

Azərbaycan və Çin QR kod əsaslı ödəniş həllərinin inkişafını müzakirə ediblər

Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı müzakirə edilib (FOTO)

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır - Lavrov

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır.

17 İyul 2026
Siyasət

Moskva və Bakı münasibətlərdə yaranmış fasilənin aradan qaldırılması istiqamətində addımlar atacaq - Lavrov

Moskva və Bakı münasibətlərdə yaranmış fasilənin aradan qaldırılması istiqamətində birgə çalışacaq.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya arasında Məsləhətləşmələr Planı imzalanıb

Azərbaycan və Rusiyanın Xarici İşlər nazirlikləri arasında Məsləhətləşmələr Planı imzalanıb.