Kiyevə hücum nəticəsində ölənlərin sayı artdı: Matəm elan edildi - VİDEO

Kiyevə hücum nəticəsində ölənlərin sayı artdı: Matəm elan edildi - VİDEO
06 İyul 2026 15:13

"İyulun 6-na keçən gecə baş vermiş Rusiya hücumu nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq, iyulun 7-si çərşənbə axşamı - matəm günü Kiyevdə bütün əyləncə xarakterli tədbirlərin keçirilməsi qadağan ediləcək".

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko özünün "Telegram" səhifəsində bəyan edib.

Qeyd olunur ki, həmin gün paytaxtda yerləşən dövlət və özəl mülkiyyət formasına aid binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunub.

Kliçko həmçinin bildirib ki, paytaxtın Podolsk və Darnitsa rayonlarında yaşayış binalarında axtarış-xilasetmə işləri hələ də davam etdirilir. Həmin ərazilərdə dağıntılar altında insanların axtarışı aparılır.

"Kiyevdə 11 nəfərin həlak olduğu təsdiqlənib", - deyə mer əlavə edib.


17 İyul 2026
Dünya

Almanya və Fransa hərbçiləri “nüvə” təlimlərində iştirak edəcək

Almaniya kansleri Fridrix Merts "X" sosial şəbəkəsində ölkəsinin hərbçilərinin Fransanın təşkil etdiyi nüvə çəkindirmə təlimlərində iştirak edəcəyini təsdiqləyib.

17 İyul 2026
Dünya

Endi Bernem Britaniyanın yeni baş naziri olacaq

Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni lideri seçilib.

17 İyul 2026
Dünya

İspaniyanın Araqon muxtar icmasında meşə yanğını 12 min hektar sahəni əhatə edib

İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.

17 İyul 2026
Dünya

Venesuelada zəlzələ qurbanlarının sayı 5000-ə çatıb

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5 000 nəfərə çatıb.

17 İyul 2026
Dünya

Azərbaycanda qızılın qıramı neçəyədir?

Qlobal bazarlarda qızılın qiymətində dəyişikliklər fonunda yerli bazarda fərqli əyarlı metalların qiyməti müəyyənləşib.