Filippində 5.8 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 7 mindən çox əhalisi olan Saranqani şəhərindən 49 kilometr şimalda yerləşib. Seysmik hadisənin ocağı 35 kilometr dərinlikdə qeydə alınıb.
İtki və dağıntılar barədə məlumat verilməyib. Həmçinin sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunmayıb.
Qeyd edək ki, ötən ay Filippinin cənub bölgəsində baş verən 7.8 bal gücündə zəlzələ nəticəsində azı 78 nəfər ölüb.
Almaniya kansleri Fridrix Merts "X" sosial şəbəkəsində ölkəsinin hərbçilərinin Fransanın təşkil etdiyi nüvə çəkindirmə təlimlərində iştirak edəcəyini təsdiqləyib.
Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni lideri seçilib.
İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.