Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,01% artaraq 4,167.5 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,97% artaraq 62.27 ABŞ dolları təşkil edib.
Almaniya kansleri Fridrix Merts "X" sosial şəbəkəsində ölkəsinin hərbçilərinin Fransanın təşkil etdiyi nüvə çəkindirmə təlimlərində iştirak edəcəyini təsdiqləyib.
Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni lideri seçilib.
İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.