Konqo Demokratik Respublikasında (KDR) yayılmış Ebola virusu nəticəsində 506 şəxs həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu statistikanı Konqo Mətbuat Agentliyi (ACP) yayımlayıb.
Agentliyin təqdim etdiyi rəqəmlərə görə, respublikada ümumilikdə 1 561 rəsmi təsdiqlənmiş yoluxma faktı aşkarlanıb və onlardan 253 nəfər xəstəliyə qalib gələrək sağalıb. Xəstəlik üzrə ölüm göstəricisi 32.4% təşkil edir, virus daşıyıcıları ilə təmasda olan şəxslərin isə 81.6%-ni izləmək və nəzarətə almaq mümkün olub.
Yaponiyanın Honsü adasının şərq sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib.
Çin süni intellekt (Sİ) sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə, o cümlədən təcrübə mübadiləsinə, beynəlxalq təşəbbüslərin inkişafına və rəqəmsal transformasiya üzrə birgə fəaliyyətə hazırdır.