Venesuelada zəlzələ qurbanlarının sayı artmaqda davam edir - SON STATİSTİKA

Venesuelada zəlzələ qurbanlarının sayı artmaqda davam edir - SON STATİSTİKA
06 İyul 2026 10:22

Venesuelada qeydə alınan zəlzələlər səbəbindən həyatını itirənlərin sayı 3342 nəfərə yüksəlib.

Oxu.Az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges "X" platformasında məlumat yayıb. Bildirilib ki, dağıdıcı təbii fəlakət nəticəsində 16 740 nəfərin xəsarət alıb. Onun təqdim etdiyi məlumatlara əsasən, indiyədək 6 462 nəfər xilas edilib.

Rodrigesin sözlərinə görə, 190-dan çox bina tamamilə çöküb, 856-sı isə zədələnib. Fəlakət nəticəsində 17 345 nəfər evsiz qalıb. Eyni zamanda, 23 820 yaralı xəstəxanalardan evə buraxılıb.

Zəlzələnin fəsadlarının aradan qaldırılması prosesinə 29.5 min nəfərlik şəxsi heyət, eləcə də 4 min beynəlxalq mütəxəssis və təxminən 27.5 min könüllü cəlb edilib.

Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuela sahillərində iki ardıcıl və şiddətli yeraltı təkan baş verib. İlk zəlzələnin maqnitudası 7.2, ikincinin isə 7.5 olub, onlar arasındakı vaxt fərqi bir dəqiqədən az təşkil edib. Ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges Venesuelada fövqəladə vəziyyət rejimi tətbiq edib.


17 İyul 2026
Dünya

Almanya və Fransa hərbçiləri “nüvə” təlimlərində iştirak edəcək

Almaniya kansleri Fridrix Merts "X" sosial şəbəkəsində ölkəsinin hərbçilərinin Fransanın təşkil etdiyi nüvə çəkindirmə təlimlərində iştirak edəcəyini təsdiqləyib.

17 İyul 2026
Dünya

Endi Bernem Britaniyanın yeni baş naziri olacaq

Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni lideri seçilib.

17 İyul 2026
Dünya

İspaniyanın Araqon muxtar icmasında meşə yanğını 12 min hektar sahəni əhatə edib

İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.

17 İyul 2026
Dünya

Venesuelada zəlzələ qurbanlarının sayı 5000-ə çatıb

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5 000 nəfərə çatıb.

17 İyul 2026
Dünya

Azərbaycanda qızılın qıramı neçəyədir?

Qlobal bazarlarda qızılın qiymətində dəyişikliklər fonunda yerli bazarda fərqli əyarlı metalların qiyməti müəyyənləşib.