Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb. Saat 08:00-a (Bakı vaxtı ilə 09:00 - red.) olan məlumata görə, 10 nəfər həlak olub, 46 şəxs yaralanıb. Ümumilikdə 20-dən çox ərazidə hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır. Ən ağır vəziyyət Rusiya qüvvələrinin çoxmərtəbəli yaşayış binalarına birbaşa zərbələr endirdiyi Darniçski və Podolski rayonlarında müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
Onun sözlərinə görə, xəsarət alanlar arasında beş uşaq da var.
Kiyev meri Vitali Kliçko daha əvvəl bildirmişdi ki, Darniçski rayonunda 25 mərtəbəli binanın dördüncü mərtəbəsinə mərmi qalıqlarının düşməsi nəticəsində iki nəfərin cəsədi tapılıb, həmin yerdən 22 nəfər xilas edilib.
Kiyev vilayətinin Buça rayonunda isə hücum nəticəsində bir nəfər həyatını itirib. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Nikolay Kalaşnik açıqlama verib.
Almaniya kansleri Fridrix Merts "X" sosial şəbəkəsində ölkəsinin hərbçilərinin Fransanın təşkil etdiyi nüvə çəkindirmə təlimlərində iştirak edəcəyini təsdiqləyib.
Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni lideri seçilib.
İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.