Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar

Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar
02 İyul 2026 09:42

İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarını Azərbaycan millisi 10 medalla başa vurub.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, qitə birinciliyinin üçüncü yarış günündə Azərbaycanın daha üç cüdoçusu fəxri kürsüdə yer alıb. Ömər Axundov (90 kiloqram) finalda Litva idmançısı Tayus Babayçenkoya məğlub olaraq gümüş medala layiq görülüb. 81 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Həsənli və Yaqub Məmmədov isə yarışı bürünc medalla tamamlayıblar.

Daha əvvəl Zəhra Quliyeva (40 kiloqram) və Nihad Ağayev (50 kiloqram) qızıl, Fərid Rzazadə (50 kiloqram) və Sadiq Məmmədov (73 kiloqram) gümüş, İbrahim Talıbov (55 kiloqram), Könül Eyvazlı (48 kiloqram) və İlkin Qarayev (66 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, sabah turnirin son günündə qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Çexiya yığması ilə qarşılaşacaq.


17 İyul 2026
İdman

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 17.07.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

17 İyul 2026
İdman

Azərbaycan güləşçiləri Budapeştdə fəxri kürsüdə: Ali Tsokayev reytinq turnirinin qalibi oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.

14 İyul 2026
İdman

Azərbaycan güləşçiləri Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.

13 İyul 2026
İdman

Azərbaycanın gənclərdən ibarət sərbəst güləş millisi iki rekordu yeniləyib

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında tarixi uğura imza atıb.

13 İyul 2026
İdman

Gənc cüdoçumuz Avropa Ümid Kubokunda gümüş medal qazanıb

Türkiyənin İzmit șəhərində keçirilən cüdo üzrə Avropa Ümid Kubokunda 66 kiloqram çəki dərəcəsində təmsilçimiz Fərhad Quliyev gümüş medal qazanıb.