Azərbaycan cüdoçuları Avropa açıq turnirində dörd medal qazanıblar - FOTO

Azərbaycan cüdoçuları Avropa açıq turnirində dörd medal qazanıblar - FOTO
29 İyun 2026 09:14

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa açıq turniri başa çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, son yarış günündə Əjdər Bağırov (100 kq) Azərbaycan millisinin hesabına növbəti medalı yazdırıb. Cüdoçu gümüş mükafata sahib çıxıb.

Xatırladaq ki, ilk yarış günündə Elşən Əsədov (66 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) gümüş, Kamran Süleymanov (73 kq) isə bürünc medal qazanmışdı.

Azərbaycan millisi turniri bir qızıl, iki gümüş və bir bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Yığma 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci-üçüncü pillələri bölüşüb.

 

 


17 İyul 2026
İdman

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 17.07.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

17 İyul 2026
İdman

Azərbaycan güləşçiləri Budapeştdə fəxri kürsüdə: Ali Tsokayev reytinq turnirinin qalibi oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.

14 İyul 2026
İdman

Azərbaycan güləşçiləri Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.

13 İyul 2026
İdman

Azərbaycanın gənclərdən ibarət sərbəst güləş millisi iki rekordu yeniləyib

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında tarixi uğura imza atıb.

13 İyul 2026
İdman

Gənc cüdoçumuz Avropa Ümid Kubokunda gümüş medal qazanıb

Türkiyənin İzmit șəhərində keçirilən cüdo üzrə Avropa Ümid Kubokunda 66 kiloqram çəki dərəcəsində təmsilçimiz Fərhad Quliyev gümüş medal qazanıb.