Azərbaycanın çimərlik güləşçiləri Batumidə iki medal qazanıblar

Azərbaycanın çimərlik güləşçiləri Batumidə iki medal qazanıblar
22 İyun 2026 09:24

Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə dünya seriyasının III mərhələsi keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin heyətində Rübail İbrahimli (70 kq), Sahib Dadaşov və Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov və İlqar Nəzərli (hər ikisi 90 kq), habelə İslam İlyasov (+90 kq) mübarizə aparıblar. Onlardan ikisi fəxri kürsüyə qalxmağı bacarıb.

Əşrəf Aşırov (90 kq) uğurlu çıxış edərək yarışın qalibi olub. Bununla da güləşçimiz ilk mərhələdəki nəticəsini təkrarlayıb. Xatırladaq ki, Aşırov Vyetnamın Dananq şəhərində keçirilən analoji yarışda da çempion olmuşdu. Vüsal Əliyev (80 kq) isə Batumidə bürünc medal qazanıb.

Qeyd edək ki, dünya seriyasında ölkəmizi I-S dərəcəli hakim Bəşir İsazadə təmsil edib.

 

 



17 İyul 2026
İdman

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 17.07.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

17 İyul 2026
İdman

Azərbaycan güləşçiləri Budapeştdə fəxri kürsüdə: Ali Tsokayev reytinq turnirinin qalibi oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.

14 İyul 2026
İdman

Azərbaycan güləşçiləri Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.

13 İyul 2026
İdman

Azərbaycanın gənclərdən ibarət sərbəst güləş millisi iki rekordu yeniləyib

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında tarixi uğura imza atıb.

13 İyul 2026
İdman

Gənc cüdoçumuz Avropa Ümid Kubokunda gümüş medal qazanıb

Türkiyənin İzmit șəhərində keçirilən cüdo üzrə Avropa Ümid Kubokunda 66 kiloqram çəki dərəcəsində təmsilçimiz Fərhad Quliyev gümüş medal qazanıb.