Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən nüfuzlu "Böyük Dəbilqə" turniri Azərbaycan üçün uğurla başlayıb.
Oxu.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Balabəy Ağayev bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib çıxıb.
Cüdoçumuz həlledici final görüşündə əsl əzmkarlıq nümayiş etdirib. O, yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlubiyyətə uğradaraq turnirin qalibi adını qazanıb.
Eyni çəki dərəcəsində (60 kq) yarışan digər idmançımız Əhməd Yusifov isə üçüncü yer uğrunda təsəlliverici görüşdə tatamiyə çıxıb. Lakin, o, İtshak Aşpiz ilə qarşılaşmada məğlub olaraq mükafatsız qalıb.
Xatırladaq ki, beynəlxalq səviyyəli "Böyük Dəbilqə" turnirinə iyunun 21-də yekun vurulacaq. Bu mötəbər yarışda Azərbaycan milli komandası 17 cüdoçu ilə təmsil olunur.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.
Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.