Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
16 İyun 2026 09:21

Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Reytinq xarakterli yarışın ilk günündə Azərbaycan millisinin iki idmançısı rinqə çıxıb.

50 kq çəki dərəcəsində çıxış edən Sübhan Mamedov 1/8 final çərçivəsində hindistanlı Rişi Sinql ilə üz-üzə gəlib. Üç raundu da xeyrinə başa vuran dünya çempionumuz yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Mamedov növbəti döyüşündə ilk mərhələdən azad olan Asilbek Calilovla (Özbəkistan) qarşılaşacaq. Görüş iyunun 19-da olacaq.

Məhəmmədəli Aşırəliyev (60 kq) də debütdə qələbə qazanıb. O, Yakub Krzpeitini (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edib. Boksçumuz 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Bu görüş isə iyunun 17-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokuna səkkiz boksçu ilə yollanıb.

 

 



17 İyul 2026
İdman

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 17.07.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

17 İyul 2026
İdman

Azərbaycan güləşçiləri Budapeştdə fəxri kürsüdə: Ali Tsokayev reytinq turnirinin qalibi oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.

14 İyul 2026
İdman

Azərbaycan güləşçiləri Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.

13 İyul 2026
İdman

Azərbaycanın gənclərdən ibarət sərbəst güləş millisi iki rekordu yeniləyib

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında tarixi uğura imza atıb.

13 İyul 2026
İdman

Gənc cüdoçumuz Avropa Ümid Kubokunda gümüş medal qazanıb

Türkiyənin İzmit șəhərində keçirilən cüdo üzrə Avropa Ümid Kubokunda 66 kiloqram çəki dərəcəsində təmsilçimiz Fərhad Quliyev gümüş medal qazanıb.