Stolüstü tennis üzrə Liqa turniri başa çatıb.
"Report" xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının dəstəyi ilə keçirilən "Həvəskar və veteran Liqası"nın V - yubiley turnirinə yekun vurulub.
Həlledici qarşılaşmalarda "VITTA-Supernova"nı 5:1 hesabı ilə məğlub edən "Xəzər-Şüa" komandası baş mükafata layiq görülüb. "Zəfər" komandası isə "Aquasport" üzərində 5:2 hesablı qələbə ilə bürünc medallara sahib çıxıb.
Fərqlənən iştirakçılar yarış təşkilatçıları tərəfindən mükafatlandırılıblar.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.
Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.