V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub.
Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, iyunun 22-dən etibarən ali təhsil pilləsinin, Təsviri sənət istiqamətinin 15-ci komissiyası, İdman istiqamətinin 62-ci komissiyası, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53-cü komissiyası üzrə qabiliyyət imtahanlarına start veriləcək.
İdman istiqaməti üzrə 61-ci komissiyası üzrə (birinci mərhələ imtahanı olan şahmat – 6117, karate – 6111, boks – 6107, sambo – 6112, taekvondo – 6118, həndbol – 6114, futbol – 6108, cüdo – 6110, stolüstü tennis – 6116, voleybol – 6119, sərbəst güləş – 6113, yunan-roma güləşi – 6127), 62 və 63-cü komissiyalar, Təsviri sənət istiqaməti üzrə 14 (yalnız 14-cü komissiyanı seçənlər) və 15-ci komissiyalar , Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53 –cü komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər (subbakalavrlar) "Qabiliyyət imtahanına buraxılış vərəqəsi " çap edə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstərilir. Abituriyentlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.
İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı və sağlamlıq haqqında tibbi arayış U086 (peşəyə yararlığı haqqında həkim rəyi hissəsində "yararlıdır" və ya "sağlamdır" qeydi olmalıdır) gətirməlidirlər.
Xoreoqrafiya sənəti ixtisası üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) rəqs paltarı və sağlamlıq haqqında tibbi arayış gətirməlidirlər. Musiqi faylını mobil telefona yazıb gətirən abituriyentlərin telefonları imtahan binasına buraxılmayacaq. Abituriyentlər musiqi faylını fləşkart və ya diskə yazaraq imtahan binasına gətirməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə və yararlı olmasına görə abituriyent özü məsuliyyət daşıyır.
Abituriyentlər (subbakalavrlar) istiqamətlər üzrə qəbul olmaq istədiyi ixtisasa uyğun qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları imtahana hazırlaşmaları üçün ən zəruri materiallar ilə "Abituriyent" jurnalının "Musiqi sənəti", "Teatr, kino və xoreoqrafiya sənəti", "İdman", "Təsviri sənət", "Memarlıq" və "Jurnalistika/İslamşünaslıq" istiqamətləri üzə 2026-cı ildə nəşr olunan xüsusi buraxılışlarında tanış ola bilərlər.
Komissiyalar üzrə imtahan tarixləri, imtahana buraxılış vərəqələri (imtahana ən azı 5 gün qalmış) mərhələli şəkildə abituriyentlərin (subbakalavrların) qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçdikləri səhifələrində yerləşdiriləcək.
Qeyd: Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları isə iyulun 1-dən etibarən keçirilməyə başlanılacaq.
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində rəqamsal həlləri tətbiq edəcək.
Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.
"Agentliyin fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir".
Müstəqillik dövründə əldə edilən təcrübəyə əsaslanaraq əhalinin siyahıyaalınmasının müfəssəl keçirilməsi üçün zəruri təşkilati məsələlərin həlli və aidiyyəti resursların cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.