İyunun 13-ə gözlənilən hava şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-30° isti olacaq
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində rəqamsal həlləri tətbiq edəcək.
Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.
"Agentliyin fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir".
Müstəqillik dövründə əldə edilən təcrübəyə əsaslanaraq əhalinin siyahıyaalınmasının müfəssəl keçirilməsi üçün zəruri təşkilati məsələlərin həlli və aidiyyəti resursların cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.