Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək ölkələrimiz arasında mükəmməl səviyyədə olan əməkdaşlığa görə Sizə minnətdarlığımı bildirirəm. İkitərəfli əlaqələrimizin daha da genişləndirilməsinə həmişə hazır olduğumuzu bir daha təsdiqləyirəm.
Ölkənizə davamlı tərəqqi arzulayır, Zati-alinizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.
Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır.