Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunublar.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncamlar imzalanıb.
Sərəncamlara əsasən, Tural Mailov və Kamran Əzizov Agentliyin İdarə Heyəti sədrinin müavinləri vəzifələrinə təyin ediliblər.
Təyinatdan əvvəl Tural Mailov Agentliyin İdarə Heyəti sədrinin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələləri üzrə müşaviri, Kamran Əzizov isə Nəqliyyat infrastrukturunun tikintisi departamentinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.
Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır.