Azərbaycanın qadınlardan ibarət akrobatika gimnastikası üzrə qrup komandası Bakıda keçirilən Dünya Kubokunun qalibi olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət "üçlük" bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Adıçəkilənlər həmçinin "AGF Trophy" kubokunun qalibi olublar.
Qeyd edək ki, iyunun 5-7-də keçirilən Dünya Kuboku Milli Gimnastika Arenasında təşkil olunub.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.
Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.