İyunun 4-də Günəş aktivliyi yüksək olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Trend-ə verilən xəbərə görə, Günəş səthində müntəzəm baş verən C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kültə atılması (TKA) baş verib. Bunun nəticəsində plazma kütləsinin iyun ayının ortaları üçün Yer yaxınlığından keçməsi proqnozlaşdırılır.
İyunun 4-də saat 15:00-dan sonra Kp əmsalı 5 olan G1 səviyyəli geomaqnit qasırğası baş verəcək. Bu, iyunun 5-i səhər saatlarınadək davam edəcək. Gecə yarısı (5 iyun saat 00:00-03:00 aralığında) qasırğanın gücünün Kp əmsalı ilə 6 olacağı proqnozlaşdırılır.
İyunun 5-i saat 09:00-dan sonrakı müddətdə geomaqnit qasırğa sakit fon səviyyəsində olacaq. Prosesin Yerətrafı orbitdə olan aparatlara təsir etmə ehtimalı var.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İstismar müddəti başa çatmış və istifadəyə yararsız vəziyyətə düşmüş döyüş sursatlarının təhlükəsizlik qaydalarına uyğun şəkildə məhv edilməsi məqsədilə iyunun 17-dən 19-dək Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda müvafiq tədbirlər həyata keçiriləcək.
2030-cu ildə müasir istixana sahələrinin 2 000 hektara çatdırılması hədəflənir. Dəstək tədbirləri olaraq, avadanlıqlara 40 faiz güzəştin tətbiqi, həmçinin kredit faizlərinin bir hissəsinin dövlət hesabına subsidiyalaşması dəstəyi nəzərdə tutulur.