Azərbaycan daşımalarla bağlı Çinlə birbaşa məlumat mübadiləsi qurmağa başlayıb

Azərbaycan daşımalarla bağlı Çinlə birbaşa məlumat mübadiləsi qurmağa başlayıb
03 İyun 2026 15:29

Azərbaycan daşımalarla bağlı Çinlə birbaşa məlumat mübadiləsinin qurulması istiqamətində işlərə başlayıb.

"Report" xəbər verir ki, bunu Rəqəmsal Logistika Platformasının (Digital Logistics Platform - DLP) layihə rəhbəri Ehtiram Quliyev Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

Bununla belə, onun sözlərinə görə, bu məsələ üzrə müzakirələr davam edir. Qazaxıstanla yol xəritəsi (roadmap) hazırlanaraq qarşı tərəfə təqdim edilib. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə isə Rusiya ilə əməkdaşlığa isə e-CMR çərçivəsində başlanılıb. Bu proses hökumətlərarası razılaşma əsasında həyata keçirilir. Oxşar əməkdaşlıq Qazaxıstan və Türkiyə ilə də qurulub. Orta Dəhliz boyunca hələlik prosesə qoşulmayan əsas ölkə Gürcüstandır. Lakin yaxın vaxtlarda onun da bu təşəbbüsə qoşulması nəzərdə tutulur. Nəticədə, Orta Dəhliz üzrə rəqəmsal logistika infrastrukturunun formalaşdırılması və məlumat mübadiləsinin təmin edilməsi böyük ölçüdə tamamlanacaq", - deyə o qeyd edib.


11 Noy 2026
Siyasət

Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!

Bakı şəhərində və digər müvafiq ərazilərdə noyabrın 15-dən istilik verilişinə başlanılması üçün zəruri texniki hazırlıq təmin edilib.

11 Noy 2026
Siyasət

Ərdoğan COP təcrübəsini bölüşdüyü üçün Azərbaycana təşəkkür edib

COP31 üçün hazırlanmış unikal tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə Avstraliyanın Baş naziri Entoni Albaneze, əvvəlki sammitlərdə əldə etdikləri təcrübələri bölüşən Braziliyaya və can Azərbaycana təşəkkür edirik.

11 Noy 2026
Siyasət

Ərdoğan Azərbaycana təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana təşəkkür edib.

11 Noy 2026
Siyasət

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşüb, Koordinasiya Şurasının toplantısında iştirak edib (FOTO)

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və Koordinasiya Şurasının toplantısında iştirak edib.