İyunun 4-ə gözlənilən hava şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75%, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20°, bəzi yerlərdə 24-26° isti olacaq.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İstismar müddəti başa çatmış və istifadəyə yararsız vəziyyətə düşmüş döyüş sursatlarının təhlükəsizlik qaydalarına uyğun şəkildə məhv edilməsi məqsədilə iyunun 17-dən 19-dək Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda müvafiq tədbirlər həyata keçiriləcək.
2030-cu ildə müasir istixana sahələrinin 2 000 hektara çatdırılması hədəflənir. Dəstək tədbirləri olaraq, avadanlıqlara 40 faiz güzəştin tətbiqi, həmçinin kredit faizlərinin bir hissəsinin dövlət hesabına subsidiyalaşması dəstəyi nəzərdə tutulur.