Yaponiyada "Cangmi" tayfunu nəticəsində 23 nəfər xəsarət alıb - VİDEO

Yaponiyada "Cangmi" tayfunu nəticəsində 23 nəfər xəsarət alıb - VİDEO
03 İyun 2026 12:58

Sakit okean üzərindən Xonsyu adası boyu hərəkətini davam etdirən "Cangmi" tayfununun Yaponiyada törətdiyi fəsadlar nəticəsində ən azı 23 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin funksiyalarını icra edən Baş Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Yaralılar dövlətin cənub, cənub-qərb və qərb bölgələrində yerləşən altı prefekturada qeydə alınıb. Ən çox xəsarət alanlar Okinavadadır.

Xilasetmə xidmətlərinin məlumatına əsasən, bir nəfərin vəziyyəti ağırdır.

Hazırda "Cangmi" tayfunu Sakit okean üzərindən Yaponiyanın əsas adası sayılan Xonsyu sahili boyu saatda 45 km sürətlə irəliləyir.

Qasırğa daxilində küləyin sürəti saniyədə 25 metrə, təkanlarla isə saniyədə 35 metrə çatır. İndiyədək tayfun Tokio şəhərindən yan keçərək şərq istiqamətində hərəkətini sürdürür. Çərşənbə günü qasırğanın gətirdiyi şiddətli yağışlar səbəbindən 760-dan çox daxili və 90-dan artıq beynəlxalq aviareys təxirə salınıb. Ümumilikdə Yaponiyanın 700 mindən çox sakininə evlərini tərk etmək barədə tövsiyə verilib. Hökumət rəsmiləri çayların məcrasından çıxması və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdarlıq etsələr də, hələ ki, tayfunun bu cür fəsadları barədə məlumat daxil olmayıb.

 


6 Okt 2026
Dünya

Xarkovda dağıntılar altında insanlar axtarılır

Xarkovda Rusiya Ordusunun endirdiyi aviazərbələr nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

6 Okt 2026
Dünya

Keniyada Ebola virusuna ilk yoluxma halı qeydə alınıb

Keniya Səhiyyə Nazirliyi ölkədə ilk Ebola virusu infeksiyasının qeydə alınması faktını təsdiqləyib.

6 Okt 2026
Dünya

Estoniya Moldovada səfirlik açır

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Kişineua səfəri çərçivəsində moldovalı həmkarı, baş nazirinin müavini Mihai Popşoyla görüşüb.

6 Okt 2026
Dünya

Nigeriyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədəki 32 nəfərin hamısı həlak oldu - Video

Nigeriya Prezidenti Bola Tinubu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "ATR-42" təyyarəsinin qəzaya uğradığını və göyərtəsində olan 32 nəfərin həlak olduğunu təsdiqləyib.

5 Okt 2026
Dünya

Özbəkistanda yeni qaz-kondensat yatağı kəşf edilib

Özbəkistanın Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni "Karatau" qaz-kondensat yatağı kəşf olunub.